- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazirin müavini Mher Qriqoryan və digər rəsmi şəxslər hökumət binasında Azərbaycanla sərhəddə yerləşən Kirants sakinləri ilə görüşüblər.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Baş nazir hazırkı prosesi ətraflı təqdim edib və hökumətdəki bütün problemlərlə tanış olduqlarını vurğulayıb. O, işə yerində başlanılması və qaldırılan məsələlərin birgə müzakirələr yolu ilə həllini təklif edilib.
Qeyd olunub ki, 2 saatdan çox davam edən görüşün sonunda Kirants kəndinin qadınları hökümət binasını göz yaşları içində tərk edib, kişilər isə çox qəzəbli və həyəcanlı olublar.
Ağarza Elçinoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.