AZ

Sumqayıtda rekord, Qəbələdə...

Azərbaycan Premyer Liqasında XXXII turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən çox tamaşaçı “Sumqayıt” – “Qarabağ” oyununda olub. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşü 9300 tamaşaçı tribunadan izləyib.

Ən aşağı göstərici isə “Qəbələ” – “Kəpəz” oyununda qeydə alınıb – 250 tamaşaçı.

Sabah – Səbail 2:0 (1700 tamaşaçı)
Qəbələ - Kəpəz 0:1 (250 tamaşaçı)
Neftçi – Turan Tovuz 3:0 (1850 tamaşaçı)
Sumqayıt – Qarabağ 1:0 (9300 tamaşaçı)
Zirə - Araz-Naxçıvan (700 tamaşaçı).

Qeyd: Saylar Peşəkar Futbol Liqasının (PFL) rəsmi oyun protokollarından götürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla