AZ

“Real”ın gözü türk qapıçıda

“Real” heyətinə daha bir türkiyəli futbolçu qatmağı planlaşdırır.

İdman.biz xəbər verir ki, İspaniya nəhəngi Onuralp Çevikkanın xidmətində maraqlıdır.

Madrid klubu “Trabzonspor”un 18 yaşlı qapıçısını Tibo Kurtuanın gələcəkdəki əvəzləyicisi kimi görür. Hazırda belçikalı zədə üzündən oynamır. Bu səbəbdən La Liqa klubu Andrey Luninlə Kepa Arrisabalaqaya güvənmək məcburiyyətindədir.

Qeyd edək ki, daha bir gənc türkiyəli Arda Gülər də “Real”ın formasını geyinir.

İdman.biz

Seçilən
107
2
Mənbələr
Şərh ()
Bağla