AZ

Tacikistan Rusiyaya NOTA VERDİ

Rusiyanın Düşənbədəki səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya Federasiyasında Tacikistan vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı nota verilib.

Herbiand.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryev Tacikistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Tacikistan Xarici İşlər Nazirliyinin İnformasiya Departamenti ölkə vətəndaşlarının Rusiyaya girişində problemlərin olduğunu da  açıqlayıb.

Xatırladaq ki, bir qədər əvvəl Tacikistan öz vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə etmişdi.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla