AZ

398 əcnəbinin Rusiya vətəndaşlığı ləğv edilib

Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddələrinin sayını artıran qanunun qüvvədə olduğu 6 ay ərzində 398 əcnəbinin Rusiya pasportları qüvvəsini itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, yeni federal qanun qüvvəyə mindiyi vaxtdan Rusiya vətəndaşlığına xitam verilməsi ilə bağlı 406 qərar qəbul edilib ki, onlardan 398 nəfəri cinayət törətməklə bağlı olub.

 

Qanuna uyğun olaraq, Rusiya Federasiyasının əldə edilmiş vətəndaşlığına Cinayət Məcəlləsinin 64-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə xitam verilə bilər.

 

Bundan əvvəl Rusiya Federasiyası Dövlət Dumasının bir neçə deputatı vətəndaşlıq əldə edərkən oxunan andın mətninə ondan irəli gələn öhdəlikləri pozduğuna görə Rusiya vətəndaşlığından məhrumetmənin mümkünlüyü haqqında bəndin artırılmasını təklif etmişdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla