AZ

“COP29 – “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlim keçirilib – FOTO

Xəbər verdiyimiz kimi, dünən ADA Universitetində “COP29 – “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda təlim keçirilib.

KONKRET.az xəbər verir ki, tədbir öncəsi ADA Universitetinin və Media İnkişaf Agentliyinin təmsilçiləri Nərgiz İsmayılova və Ləman İsgəndərova jurnalistləri salamlayıblar.

Daha sonra beynəlxalq iqlim eksperti Ayşe Özge Kepenek Bozkırlıoğlu, ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun baş elmi işçiləri Əhməd Hümbətov və Hicran Hüseynova iqlim dəyişikliyinin əsasları, iqlim dəyişikliyi üzrə siyasət tədbirləri, bərpa olunan və olunmayan enerji, enerji potensialı və Azərbaycanın enerji siyasəti, xüsusilə yaşıl enerji potensialı, COP danışıqlarının siyasi tərəfləri barədə məruzələrlə çıxış ediblər.

Mövzu çərçivəsində hava və iqlim, istixana qazları, qlobal istiləşmə, iqlim dəyişikliyinin nəticələri, iqlim böhranına cavab vermək üçün qlobal siyasi səylər, UNFCCC, Paris Sazişi, qalıq yanacaqları,  bərpa olunan mənbələrin müasir cəmiyyətdə çoxşaxəli rolundan, tarixi əhəmiyyəti, cari çağırışlar, gələcək təsirlər, “Milli Müəyyən edilmiş töhfələr”, “Azərbaycanın təqdim etdiyi töhfələr”, “Milli Adaptasiya Planı” və “Azərbaycanın Milli Adaptasiya Planı”, COP28-də əldə edilmiş nəticələr və COP29-dan gözləntilər və digər məsələlərə diqqət cəlb edilib.

Təlimin bütün sessiyaları interaktiv şəkildə keçirilib.

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla