AZ

İndoneziyada Ruanq vulkanı yenə püskürdü, 19 km hündürlüyə tüstü qalxdı

İndoneziyanın Şimali Sulavesi əyalətində Ruanq vulkanının yeni püskürməsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Mütəxəssislərin fikrincə, vulkan 19 kilometr hündürlüyə qədər tüstü və vulkanik kül sütunu buraxıb.

Xatırladaq ki, Ruanq vulkanı aprelin 17-də beş dəfə, aprelin 20-də isə daha üç dəfə püskürüb. Bu seysmik hadisədən əvvəl Ruanq adasından 828 nəfər təxliyə edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla