AZ

Tükiyə millisinin baş məşqçisi Fatih Terimi ziyarət etdi - FOTO

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Afinada Yunanıstanın "Panatinaikos" klubunun baş məşqçisi Fatih Terimin qonağı olub.

BAKU.WS xəbər verir ki, Türkiyə Futbol Federasiyasının saytında yer alan açıqlamaya görə, italyalı çalışdırıcı Fatih Terimlə Türkiyə, İtaliya və Yunanıstan futbolu ilə bağlı görüş keçirib.

"Panatinaikos"un məşqini izləyən Montella Yunanıstan komandasında çıxış edən milli futbolçu Samet Akaydın, həmçinin "Fiorentina"da işlədiyi müddətdə futbolçularından Bartlomey Draqovski və Vitor Hüqo ilə bir müddət söhbət edib.

Montella məşqdən sonra Terim və komandası ilə nahar edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla