AZ

Məşhəd-Tehran reysini həyata keçirən təyyarə məcburi eniş edib

İranın Məşhəd şəhərindən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdıb və məcburi eniş edib.

E-huquq.az "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rezevi Xorasan Hava Limanları İctimaiyyətlə Əlaqələr Müdiri Həsən Caferi məlumat verib.

Caferi Məşhəd-Tehran reysini yerinə yetirən sərnişin təyyarəsinin texniki nasazlıq səbəbindən Məşhəd hava limanına geri döndüyünü söyləyib.

İran rəsmisi sərnişinlərin səhhətinin yaxşı olduğunu bildirib.

Təyyarənin hansı aviaşirkətə aid olduğu və onun növü barədə məlumat verilməyib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla