AZ

“TikTok”la bağlı sensasion idda:  Avropa İttifaqında qadağan oluna bilər

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, “TikTok” sosial şəbəkəsi Avropa İttifaqında bloklana bilər.

Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Fon der Leyen qeyd edib ki, Avropa Komissiyası işçilərinə iş telefonlarına “TikTok” tətbiqini qadağan edən ilk təşkilat olub.

Keçən həftə “TikTok”, Avropa Komissiyasının növbəti xəbərdarlığından sonra istifadəçi mükafatlandırma proqramını dayandırdı.

Bundan əvvəl Avropa Komissiyası “TikTok” sahiblərinə “bəyənmələr” üçün mükafat funksiyalarını özündə əks etdirən “TikTok Lite” tətbiqinin risk qiymətləndirmələrinə dair hesabat üçün təkrar sorğu göndərmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla