AZ

Matovesoyan: “Azərbaycan rəsmiləri Nikoldan qat-qat səmimidirlər”

“Paşinyanın indiki hərəkətləri 2020-ci il müharibəsindən əvvəlki addımlarından heç də fərqlənmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Benyamin Matevosyan bildirib.

O daha sonra bildirib: “Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlunun sensasion açıqlaması erməni mətbuatının diqqətindən kənarda qalıb. O Uraloğlu bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan praktiki olaraq heç bir müqavimət yoxdur, üstəlik, bu yaxınlarda Gürcüstanda türkiyəli nazir müavininin də iştirak etdiyi toplantı çərçivəsində bu mövzuda erməni-türk müzakirəsi keçirilib.

Təəssüf ki, 2020-ci il müharibəsi və bir sıra sınaqlar göstərdi ki, Azərbaycan və Türkiyə rəsmiləri çox vaxt erməni xalqı ilə Nikol Paşinyandan qat-qat səmimidirlər…

Biz bu gün Ermənistanla bağlı məxfi danışıqlar aparılır. Bu dəfə isə belə danışıqların Gürcüstanda aparıldığı deyilir. Bəs bu danışıqlar nə ilə bağlı idi? Burada hakimiyyətə xidmət edən ünsürlərin cəmiyyətə təqdim etdiyi məlumat və fikirləri əsaslandırmaq da daxil olmaqla, ancaq spekulyasiya edə bilərik…”.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla