AZ

Sükanı azyaşlı övladlarına verib sosial şəbəkədə fəxr etdi - VİDEO

Sükanı azyaşlı övladlarına verən valideyn onların videosunu öz sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, Şahnəzər Bəşirov adlı sosial şəbəkə istifadəçisi öz avtomobilini hər iki övladına verərək onların həyatını təhlükə altında qoyub. Qeydə aldığı videonu isə sosial şəbəkədə paylaşaraq etdiyi hərəkətlə fəxr edib. Lakin hər bir valideyn belə məsələlərə çox diqqətlə yanaşmalıdır. Uşağın inkişaf edən yaş dövründə pis vərdişləri aşılamaqdansa, onlara qanunla hərəkət etməyi, qaydaları pozmamağı öyrətmək lazımdır. Sükan arxasına keçən azyaşlıların dəfələrlə qəza törətmələrinin şahidi olmuşuq. Öz övladınızın və digər insanların həyatını təhlükə altında qoymamaq üçün daha diqqətli olmağınız tövsiyə olunur.

 

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla