AZ

Avropa Komissiyası Brüsseldəki binalarının bir hissəsini satır

Avropa Komissiyası aprelin 29-da Belçikanın suveren fondu SFPIM ilə saziş imzalayıb. Sazişə görə, Avropa Komissiyası Brüsselin Avropa məhəlləsi adlanan ərazisində 23 ofis binasını 900 milyon avroya satır.

Herbiand.az bildirir ki, bu barədə Avropa Komissiyasının məlumatında ​​deyilir.

Sazişin bir hissəsi olaraq SFPIM Brüssel hakimiyyəti ilə razılaşdırılmış formada şəhərin yaşıllaşdırılması planına uyğun olaraq ofis binalarını modernləşdirəcək. Binaların bir qisminin gələcəkdə yaşayış binasına çevrilməsi nəzərdə tutulub. Brüsseldə Avropa Komissiyasına məxsus olan və Avropa Məhəlləsi adlanan ərazidə yerləşən binaların satışı onun ofislərini “modernləşdirmək və yaşıllaşdırmaq” və karbon izlərini azaltmaq məqsədi daşıyır.

“Bu əməliyyat Avropa Məhəlləsini müasir, cəlbedici və yaşıl əraziyə çevirəcək. Burada ofis binaları yaşayış binaları, pərakəndə satış və istirahət məkanları ilə harmonik şəkildə birlikdə yaşamağa imkan verəcək”, - Avropa Komissiyası bildirir.

Brüssel də öz növbəsində Aİ-nin əsas institutlarının yerləşdiyi yerdə qalmaqda maraqlıdır.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla