AZ

Maaşların artmasını gözləyənlərə xəbər var

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı ilə vətəndaşlar ipoteka kreditlərindən yararlana bilmir. Bu baxımdan Azərbaycanda minimum əməkhaqqının məbləği il ərzində 500 manata çatdırıla bilər?

Mövzu ilə bağlı  danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda bu gün minimal əməkhaqqının 345 manat dəyərindədir və bu məbləğ az olduğu üçün artırılmalıdır:

“Azərbaycan Respublikasının Konstitusiyasına görə, bizim qoşulduğumuz beynəlxalq müqavilələr Azərbaycanın qanunvericiliyi aktları sayılıb. Bu müqavilələr bizim milli hüquq sistemimizə daxildir. Əvvəla Azərbaycan 1992-ci ildən “İqtisadi sosial və mədəni hüquqlar haqqında ” beynəlxalq pakta qoşulub. Həmin paktın 7-ci maddəsinə görə şəxsin əməkhaqqısı onun və ailəsinin layiqli həyat tərzini təmin etməlidir. Eyni zamanda Azərbaycan 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşulub. Həmin xartiyanın dördüncü maddəsinin birinci bəndinə əsasən, layiqli əməkhaqqı ölkə üzrə orta əməkhaqqının 60 faizindən az olmamalıdır”.

Əkrəm Həsənovun sözlərinə görə , ötən ilin sonunda bizdə əməkhaqqı hardasa 924 manata yaxın idi. Həmin məbləğin 60 faizi 462 manat edir. Deməli Azərbaycanda minimum əməkhaqqı 462 manatdan az olmamalıdır:

“Bu gün Azərbaycanda 345 manat əməkhaqqı olması çox azdır. Məsələnin əlbəttə ki, iqtisadi tərəfidə var. Amma birincisi bu belə olacaqsa dövlət öz məmurlarını maaşla təmin etməlidir. Azərbaycanda bu istiqamətdə dərin iqtisadçı alimlərimiz yoxdur. Amma dünya miqyasında alimlərin fikrincə, minimal əməkhaqqı bəzən işçilərə ziyan vurur. Yəni onları buna görə işə götürmürlər. Hansısa bir sahibkardır. Minimal əməkhaqqısı isə deyək ki, 500 manatdır. Bu zaman üç nəfərin yerinə iki nəfəri işə götürəcək. Yəni bu məsələ dünya miqyasında mübahisəlidir. Dövlət minimal əməkhaqqını vəd etməlidir yoxsa yox. Bizdə qanun var ki, əhali minimal əməkhaqqı ilə təmin edilməlidir və dövlət bunu edib. Sadəcə olaraq minimal əməkhaqqının az olmasınıb səbəbini aidiyyəti dövlət qurumları izah etməlidir. Yaxın vaxtlarda da mən bu məbləğin artmasını gözləmirəm”./ Sonxeber.az

Seçilən
38
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1308
Azərbaycanda bu məhsul bahalaşdı
1222
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1147
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1001
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
999
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
969
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
966
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
961
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
909
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
896
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
891
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
828
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
780
Helikopter qəzası ilə bağlı yeni xəbər
766
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
739
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
727
Həlak olan şəxslər sabah dəfn olunacaq
701
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
661