AZ

Ukraynada Telegram-a məhdudiyyət tətbiq edilə bilər

Ukrayna hakimiyyəti Avropa İttifaqı ilə birlikdə Telegram messencerinin fəaliyyətinin tənzimlənməsi, o cümlədən mümkün bloklanması və cərimələnməsini müzakirə edir.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki,  bu barədə Ukrayna Milli Televiziya və Radio Yayım Şurasının rəhbəri Olqa Gerasimyuk məlumat verib. O, həmçinin Ukrayna rəsmilərinə və dövlət təşkilatlarına Telegram hesabları yaratmağı qadağan etməyi təklif edir.

Onun sözlərinə görə, Kiyev Telegram-ı bloklanmağa və cərimələməyə imkan verən tənzimləmə obyekti olan rəqəmsal platformalar siyahısına daxil etməyi təklif edir.

Ötən həftə Telegram-ın yaradıcısı Pavel Durov bildirmişdi ki, messencer administratorları hərbi zərbələr üçün məlumat toplayan hesabları bloklayır. Aprelin 29-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəsmi departamentlərin bir neçə chat botunun bloklandığını elan edib. Onlar eyni gündə blokdan çıxarılıb. Telegram onların bloklanmasını xəta kimi izah edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla