AZ

Atdan, eşşəkdən nəqliyyat vasitəsi kimi istifadə edən kənd

Qaraqayalılar yolsuzluqdan gileylidir

İsmayıllının Qaraqaya kəndinin yolları keçilməzdir. 

Kənd sakinləri deyirlər ki, XXI yüzillikdə hələ də nəqliyyat vasitəsi kimi atdan, eşşəkdən istifadə edirlər. 

Kəndlilərin sözlərinə görə, xüsusilə yağışlı günlərdə kəndə maşın işləmir, hətta ağır xəstələri həkimə çatdırmaq müşkül məsələyə çevrilir. Təcili yardım bu kəndə işləmir.

Kənd sakinlərindən Həsən Məmmədov deyir ki, məhz buna görə kənddən köçmək məcburiyyətində qalıb. Amma yaxın qohumları hələ də kənddə yaşayırlar. 

Problemlərə görə, kənddən köçənlərin sayı get-gedə artır.

"Qaraqaya dağlıq kənddir. Yağış yağandan sonra yollarda gölməçələr, palçıq yaranır. Uşaqların dərsə gedib-gəlişi çətinləşir. İyirmi birinci yüzillikdə sakinlər nəqliyyat vasitəsi kimi heyvandan istifadə edirlər”, - sakinlər deyiblər.

Qaraqaya kəndi Təzəkənd bələdiyyəsinin inzibati ərazisinə daxildir. Bələdiyyə sədri Azər Bağırov Meydan TV-yə bildirib ki, kənd dağlıq ərazidə, rayon mərkəzindən 20 kilometr aralıda yerləşir. 

Qaraqaya qədim kənddir, yağış yağanda kəndin yollarına zərər vurur.

"2022-ci ilin yayında kəndin yollarını təmir etmişdik. Kəndə qaz çəkilib, xətlər yol kənarları ilə aparılıb. Buna görə də hər texnika orada işləyə bilmir. Yağışlar kəsən kimi kənddə təmir işlərinə başlayacaq”, - bələdiyyə sədri bildirib.

O deyib ki, kənddə 110 ev var.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla