AZ

Dəyərsizlik hissinin öhdəsindən necə gəlmək olar? - PSİXOLOQ İZAH ETDİ

"Özümüzə qarşı dəyər sistemi əslində uşaqlıqdan formalaşır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Psixoloq bildirib ki, bu da bizim hansı ailədə doğulmağımız, necə ailədə böyüməyimizdən çox asılıdır: "Xüsusilə də, Azərbaycanda dəyərsizlik duyğusu olan insanlar daha çoxdur. Bu, müxtəlif səbəblərdən olur. İstənilən və istənilməyən uşaqlar xüsusilə də qız uşaqlarında özünü göstərir. Ailələrdə oğlan uşağı arzusu olanda və qız uşağı dünyaya gələndə qız uşağı istənilmədiyindən artıq doğulandan, yaxud dünyaya gəlmədən dəyərsizlik duyğusu ilə doğula bilir. Üzərinə yaşadığımız həyat təcrübəsi gələndə, evdə hər hansı situasiyalarda, anaya qarşı dəyərsizlikləri görə-görə insanda dəyərsizlik duyğusu formalaşır. Bu da gələcəkdə özünə inamsızlıq, özgüvənsizlik özünə qarşı dəyər verməmənin aşağı olduğu cəmiyyətdə yaşamağımıza səbəb olur.

Əgər insan çox üzr istəyirsə, daxilində iki aqressiyanı göstərir. Biz bunu psixoanalizlə deyə bilərik ki, əgər insan həddindən artıq üzr istəyirsə, onun daxilində, deməli, aqressiya var. Əslində bu aqressiya dəyərsizlikdən qaynaqlanır".

"Təvazökarlıq hissi insanın mədəniyyətini göstərir. İnsan həddindən artıq təvazökardırsa, özü haqqında tərif eşidə bilmirsə, qəbul edə bilmirsə, uşaqlıqdan dəyər verilmədiyinə görə, tərif eşitmədiyinə görə qəbul etməyə bilər. Dəyərsizlik duyğusu insanlara həddindən artıq çox özünə ziyan olaraq insanlara yox deyə bilməmək xasiyyətindən də irəli gələ bilər. Əgər insan hamı üçün yaxşı olmağa çalışırsa, "yaxşı qız", "yaxşı oğlan" rolunu oynamağa çalışırsa, burada da kiminsə işinə yaramaq, kiminsə qarşısında yaxşı olmaq halları durur ki, bu da dəyərsizlik duyğusunu basdırmaq üçün ola bilər.

Dəyərsizlik hissinin öhdəsindən necə gəlmək olar?

Hər zaman keçmişə gedib oraları yoxlamaq lazımdır ki, necə ailədə böyüyüb, istənilən, yaxud istənilməyən uşaq olubmu? Sonrakı həyatda, yaşadığı mühitdə hər hansı uğurlarına görə təriflənibmi, yoxsa onu heç sayıblar, etdiyi müsbət hərəkət, uğurlara baxmaq lazımdır. Əgər belə detallar varsa, onlar psixoterapevtik üsullarla işlənilir. İnsan bundan sonra həmin boşluqları doldura bilir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla