AZ

Macarıstan Ermənistana 10 milyon avro ayrılmasına qarşı çıxıb

Macarıstan

Macarıstan Avropa İttifaqı Sülh Fondundan Ermənistana dəstək layihəsinə haqlı olaraq mane olur.

Reyting.az
xəbər verir ki, bu barədə diplomatik mənbələr “Azadlıq” radiosuna bildiriblər.

İddiaya görə, Macarıstan ədalətli mövqe nümayiş etdirərək Azərbaycanın da proqrama daxil edilməsini tələb edir və bu, eyni mənbəyə görə, çıxılmaz vəziyyətdən çıxış yolu kimi qiymətləndirilir.

Aprelin ortalarında məlum olub ki, Brüsseldə Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avro yardım göstərmək üçün ilkin razılıq əldə edilib. Diplomatik sənədlərə əsasən, pul bir batalyon üçün modul tipli səhra düşərgəsinin yaradılmasına yönəldilməlidir ki, bu düşərgəyə tibbi yardım üçün bir dispanser, habelə müvafiq xidmətlər və obyektlər daxildir.

ELÇİN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla