AZ

"Barsa" kapitanı ilə bağlı qərar verdi

"Barselona" tezliklə kapitanı Serji Roberto ilə yeni müqavilə imzalayacaq.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Hazırda Kataloniya klubu 32 yaşlı yarımmüdafiəçi ilə müqavilənin uzadılması üçün danışıqlar aparır. Rəhbərlik ispaniyalı futbolçunun təcrübəsindən daha bir il yararlanmağı hədəfləyir. Baş məşqçi Xavi də keçmiş komanda yoldaşını sərəncamında görmək istəyir.

Robertonun "Barsa" ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
Mənbələr
Şərh ()
Bağla