AZ

“Bayer-04” XXI əsrdə Avropa rekordunu yenilədi! - TURUN ŞƏRHİ

Tur “Bohum”un “Hoffenhaym”ı yenərək düşmə zonasından uzaqlaşması ilə start götürdü.

“Football-plus.az” xəbər verir ki, şənbə gününün oyunları maraqlı və məhsuldar alındı. “Frayburq” uzun müddət hesabda öndə olduğu qarşılaşmada evdə “Volfsburq”a son anlarda dramatik şəkildə uduzdu. Meydan sahiblərinin 64-cü dəqiqədən azlıqda qaldığını, üstəlik 87-ci dəqiqədə penaltidən yararlana bilmədiyini də qeyd edək. “Verder” gözlənilmədən səfərdə “Auqsburq”u darmadağın etdi. Bu, “musiqiçilər”in bundesliqada yubiley – 1000-ci səfər oyunu oldu. “Verder” “Bavariya”dan sonra bu göstəriciyə nail olan ikinci komandadı. Tura ilk “6-lıq”da daxil olan klubların bir-biri ilə qarşılaşması diqqəti çəkdi. Bundesliqa tarixində daha öncə mövsümün bu cür gec mərhələsində bir turda ilk 6 klubun bir-biri ilə qarşılaşması faktına rast gəlinməmişdi. “Bavariya” ilk dövrədə 1:5 hesabı ilə uduzduğu “Ayntraxt”ı evdə çətinliklə də olsa, məğlub etməyi bacardı. Turun mərkəzi oyununda ÇL-ə vəsiqə uğrunda mübarizə aparanlar – “Leyptsiq” ilə Dortmund “Borussiya”sı üz-üzə gəldi. “Arılar” qalib gələcəkləri təqdirdə 4-cü pilləyə yüksələcəkdilər. ÇL-in yarımfinalçısı hesabı açsa da, sonrakı dəqiqələrdə 4 qol buraxaraq pərən-pərən düşdü. Bu mövsüm cəmi 2-ci dəfə böyük hesabla uduzan “Borussiya”nın ÇL-ə düşmək şansları əhəmiyyətli dərəcədə azaldı. Openda ilə Şeşko ardıcıl 4-cü turda meydanı qolsuz tərk etmədi. Bundesliqada sonuncu dəfə bunu bacaran duet 2015-in fevralında “Borussiya”nın iki üzvü – Roys ilə Obameyanq olmuşdu. Turun daha bir maraqlı oyunu Leverkuzendə keçirildi. “Ştutqart” 56-cı dəqiqədə 2 topluq üstünlük yaxalayandan sonra hamını yalnız bir sual - “Bayer-04”ün yenə xilas olub-olmayacağı maraqlandırırdı. Xabi Alonsonun komandası növbəti dəfə Avropanı mat-məəttəl qoyaraq durumu 2:2-yə gətirdi! Həlledici qol adəti üzrə son saniyələrdə vuruldu. “Bayer-04” bu mövsüm rəsmi matçlarda 90-cı dəqiqə tam olduqdan sonra vurduğu qolların sayını 15-ə (!) çatdırdı. Təəsüf ki, bu 15 qoldan 4-ü “Qarabağ”ın qapısına vurulub! “Ştutqart”ın heyətində Girassi (25), Undav (18), Fürix (8) “üçlüy”ü bu mövsüm bundesliqada 51 qol həddinə çataraq klub tarixinin yeni rekordunu müəyyənləşdirdi. Əvvəlki rekord 1996/97-də 49 qol vuran Bobiç – Elber - Balakov “üçlüy”ünə məxsus idi.
Bazar günü keçirilən 3 oyunda qapılara cəmi 3 qol vuruldu. “Köln” Mayntsda son saniyələrdə məğlubiyyətdən qurtuldusa, Münhenqladbax “Borussiya”sı “Union”un müqavimətini qıra bilmədi. “Darmştadt” evdə “Haydenhaym”a uduzmaqla elitada qalmaq şansını itirdi. Beləliklə, 6 illik fasilədən sonra bundesliqaya qayıdan “Darmştadt”ın elitadakı macərası cəmi bir mövsüm davam etdi.

31-ci tur
Bavariya – Ayntraxt F 2:1
Keyn, 9; 61-p. – Ekitike, 23. (75000)
Bavariya: Noyer, Kimmix (Tel, 69), Dayer, De Liqt (Kim Min Çje, 46), Mazraui (Devis, 69), Qoretska, Laymer (Pavloviç, 28), Müller, Çupo-Motinq, Gerreyro (Zvonarek, 81), Keyn.
Bayer-04 – Ştutqart 2:2
Adli, 61. Andrix, 90+6 – Fürix, 47. Dəniz Undav, 56. (30210)
Bayer-04: Qradetski, Frimponq (Tella, 89), Kossunu, Ta (İnkapye, 46), Tapsoba, Qrimaldo (Stanişiç, 89), Andrix, Palasios, Hofmann (Virts, 74), Adli, Şik (Bonifas, 74).
Ştutqart: Nübel, Stergiu (Katompa Mvumpa, 81), Anton, İto, Mittelştadt, Karazor, Miyo (Mahmud Dahud, 74), Levelinq (Ştensel, 90+2), Fürix (Ruo, 81), Dəniz Undav (Çon Vu Yon, 74), Girassi.
Leyptsiq – Borussiya D 4:1
Openda, 23. Şeşko, 45+2. Simakan, 46. Baumqartner, 80 – Sanço, 20. (47069)
Leyptsiq: Qulaçi, Simakan (Henrixs, 51), Orban, Lukeba, Raum, Şlager (Kampl, 87), Aydara (Zayvald, 87), Olmo, Simons, Openda (Klostermann, 88), Şeşko (Baumqartner, 70).
Borussiya D: Kobel, Volf, Hummels (Zyule, 51), Şlotterbek, Ryuyerson (Mukoko, 71), Salih Özcan (Bayno-Gittens, 63), Brantd, F.Nmeça, Adeyemi (Roys, 46), Sanço, Füllkruq.
Frayburq – Volfsburq 1:2
Bornau, 42-öz qapısına – Arnold, 82. Lakrua, 90. (32800)
Auqsburq – Verder 0:3
Şmid, 52. Dukş, 61-p. Deman, 90. (30660)
Bohum – Hoffenhaym 3:2
Ştöger, 32; 64. Passlak, 45+2 – Kramariç, 73; 84. (24300)
Maynts-05 – Köln 1:1
Barreyro, 29 – Kaynts, 90+5-p. (33500)
Darmştadt – Haydenhaym 0:1
Dovedan, 90. (17000)
Borussiya M – Union 0:0
(53723)
1. Bayer-04 31 26 5 0 77-22 81
2. Bavariya 31 22 3 6 89-38 69
3. Ştutqart 31 20 4 7 70-38 64
4. Leyptsiq 31 19 5 7 73-35 62
5. Borussiya D 31 16 9 6 59-39 57
6. Ayntraxt F 31 11 12 8 47-42 45
7. Frayburq 31 11 7 13 43-55 40
8. Auqsburq 31 10 9 12 48-52 39
9. Hoffenhaym 31 11 6 14 55-63 39
10. Haydenhaym 31 9 10 12 44-52 37
11. Verder 31 10 7 14 41-50 37
12. Volfsburq 31 9 7 15 37-51 34
13. Borussiya M 31 7 11 13 53-60 32
14. Union 31 8 6 17 26-50 30
15. Bohum 31 6 12 13 37-62 30
16. Maynts-05 31 5 13 13 32-49 28
17. Köln 31 4 11 16 24-54 23
18. Darmştadt 31 3 8 20 30-73 17
Bombardirlər: Keyn (Bavariya) – 35, Girassi (Ştutqart) – 25, Openda (Leyptsiq) – 24, Dəniz Undav (Ştutqart) – 18.

Növbəti turun oyunları mayın 3-5-i aralığında keçiriləcək: Hoffenhaym – Leyptsiq, Borussiya D – Auqsburq, Ştutqart – Bavariya, Ayntraxt F – Bayer-04, Verder – Borussiya M, Union – Bohum, Volfsburq – Darmştadt, Haydenhaym – Maynts-05, Köln – Frayburq.

Turun rəqəmi
46 – “Bayer-04” daha bir möcüzəvi geridönüş sayəsində yenə adını tarixə yazdırdı. “Ştutqart”a uduzmamaqla komandanın məğlubiyyətsiz seriyası 46 oyuna çatdı (38 qələbə, 8 heç-heçə). Bu, XXI əsrdə Avropa futbolunda yeni rekorddu! Əvvəlki rekord Xorvatiya təmsilçilərinə məxsus idi. Zaqreb “Dinamo”su (2014 noyabr – 2015 sentyabr) və “Riyeka” (2016 aprel – 2017 may) ardıcıl 45 rəsmi oyunda uduzmamışdı. Avrokuboklar start götürdüyü vaxtdan, yəni 1955-dən bəri rekord “Benfika”ya məxsusdu. Lissabon nəhəngi 1963-65-ci illərdə ardıcıl 48 rəsmi oyunda uduzmayıb. Göründüyü kimi, leverkuzenlilər bu rekordu da təkrarlamağa çox yaxındı.

Turun ulduzu
Harri Keyn (Bavariya) – İngiltərə yığmasının kapitanı elə məhsuldarlıq sərgiləyir ki, az qala hər tur ya yeni rekord müəyyənləşdiurir, ya da hansısa tarixi rekordu təkrarlayır. Bu tur dubl etməklə o, bundesliqada 31-ci oyunda vurduğu qolların sayını 35-ə çatdırdı. Keyn turnirin tarixində 35 qol həddinə ən tez çatan futbolçudu. Bundan başqa, o, cari mövsümdə bundesliqada qarşılaşdığı 17 rəqibdən 16-nın qapısına yol tapmağı bacardı. Keyn yalnız “Frayburq”u məyus edə bilmədi. Daha öncə belə göstəriciyə Herd Müller (1966/67, 1969/70), Aylton (2003/04) və Levandovski (2019/20, 2020/21) nail olmuşdu. 30 yaşlı futbolçu bu mövsüm 42 rəsmi oyunda artıq 42 qol vurub. Bu, onun yeni şəxsi rekordudu. Keyn daha öncə “Tottenhem”də 2017/18-də 41 qol vurmuşdu. Və nəhayət, onun peşəkar karyerasında klub və yığma səviyyəsində vurduğu qolların sayını 400-ə çatdırdığını da bildirək.

Turun sitatı
Simon Rolfes, “Bayer-04”ün idmnan direktoru:
“Əsas transferlərimizdən biri Caka oldu. Çünki “6 nömrə” futbolda strateji cəhətdən çox vacib mövqedi. Dayaq yarımmüdafiəçisi oyunun ürəyidi və ritmi müəyyənləşdirən futbolçudu. Onun performansından həm komandanın hücumdakı, həm də müdafiədəki oyununda çox şey asılıdı. Bu baxımdan Caka ümidləri artıqlamasıyla doğrultdu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla