AZ

Hadisə "Qalatasaray"ın oyunçusu ilə sevgilidir?

Hadisə "Qalatasaray"ın futbolçusu Lukas Torreiranın sevgilisi olmadığını açıqlayıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi bu barədə reklam siması olduğu markanın təqdimat mərasimində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

"Lukas məni dinləməyə gəlib, o, mənim çox yaxın dostumdur, mən də matçlara gedirəm. Bunu həqiqətən ürəkdən deyirəm, dostlar. Mən matç izləməkdən zövq alıram. Məni çox sakitləşdirir. İnsanların çoxu oyunları stresslə izləyir, mənə isə yaxşı təsir edir. Gözəl bir qrupla gedirik, söhbət edirik, əylənirik və matçı izləyirik. Xarici ölkələrdə olanda belə tabletimdən oyunları izləyirəm. Davamlı olaraq "Qalatasaray" oyunlarına gedirəm, amma hazırda qarşınızda dayanıb mən bu komandanı dəstəkləyirəm də demək istəmirəm. Futbolçu ilə heç bir sevgi münasibətlərim yoxdur. Həyatımda heç kim və sevgi yoxdur", - ulduz müsahibəsində qeyd edib.

O, həmçinin düzgün partnyor və münasibət qurmaq arzusunda olduğunu da gizlətməyib: "İnşallah düzgün bir partnyor, düzgün münasibət olar. Həqiqətən indiki ovqatımı daha da yüksəldəcək bir partnyor olmalıdır. Sadəcə eşq olsun deyə birini istəmirəm həyatımda. Bəlkə də ona görədir ki, bu qədər uzun müddət təkəm".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla