AZ

Şəhriyar Məmmədyarov bir pillə gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, dünən qadınların fərdi Avropa çempionatında qalib olmuş Ülviyyə Fələliyeva 2378 xalla 72-ci sırada qərarlaşıb.

Digər şahmatçılar Günay Məmmədzadə 2436 xalla 35-ci, Gövhər Beydullayeva 2412 xalla 45-ci, Xanım Balacayeva 2376 xalla 74-cü, Gülnar Məmmədova 2360 xalla 90-cı pillədə yer alıb.

Kişi şahmatçılarımızdan ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur. O, 2734 xalla bir pillə geriləyərək 18-ci yerdə qərarlaşıb.

Teymur Rəcəbov (2723) 27-ci, Rauf Məmmədov isə 2651 xalla 87-ci pillədə qərarlaşıb.

Kişi şahmatçılar arasında reytinq cədvəlinə 2830 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Qadınlarda isə çinli Yifan Hou 2633 xalla liderdir.
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla