AZ

Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirildi

Bu gün Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında əməkdar jurnalist, şair Elçin Mirzəbəyli ilə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə Səbail rayon MKS-nin direktoru Nərmin Xəlilova, fəal oxucular, kitabxana əməkdaşları, qonaqlar iştirak ediblər.

Görüşdə Elçin Mirzəbəylinin yaradıcılığını əks etdirən video-çarx nümayiş olunub, iştirakçıların şairin ifasında şeirlərindən parçalar səsləndirilib. Elçin Mirzəbəyli “Anamın duası” kitabında yer alan şeirlərindən bir neçəsini oxuyub və ona ünvanlanan sualları cavablandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
Mənbələr
Şərh ()
Bağla