AZ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

London, 30 aprel, AZƏRTAC

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə E.Süleymanov “X” sosial şəbəkəsində paylaşım edib.

Səfir bildirib ki, görüşdə Azərbaycan-Böyük Britaniya arasında mükəmməl tərəfdaşlığı və regionda davamlı sülhü vurğulayan hərtərəfli müzakirələr aparılıb.

Elin Süleymanov səmimi qəbula görə, həmçinin COP29-a hazırlıq ərəfəsində olan Azərbaycana Britaniyanın dəstəyi üçün britaniyalı nazirə təşəkkür edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
25
Mənbələr
Şərh ()
Bağla