AZ

Tanınmış iş adamının oğlu intihara cəhd edib — VİDEO

Tanınmış iş adamı Fəxrəddin Fərhadovun oğlu Əlizamin Fərhadov bloger Aysel Şükür və Ramal İsayevdən şikayət edib. 

Demokrat.az-a daxil olan məlumata görə, Əlizamin Fərhadov şikayət ərizəsində qeyd edib ki, Aysel Şükür və Ramal Isayev onu ölüm həddinə çatdırıblar. İş adamının oğlu hətta intihara cəhd etdiyini bildirib.  

Bundan əlavə o, Ramal Isayevin narkotik vasitələrdən istifadə etdiyini bildirib. 

Xatırladaq ki, Aysel Şükür sabiq Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızıdır. Qüdrət Şükürov qızının 400 min dollarlıq toyu ilə gündəmə gəlmişdi.


Fatimə Qəmbərli
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
Mənbələr
Şərh ()
Bağla