AZ

Britaniyanın maliyyə sektoruna xarici kapital axını iki dəfə azalıb

Böyük Britaniyanın maliyyə və peşəkar xidmətlər sektoruna xarici investisiyalar 2023-cü ildə iki dəfə azalaraq 1 milyard funt sterlinq (1,25 milyard ABŞ dolları) təşkil edib.

AZXEBER.COM \"Report\"a istinadən xəbər verir ki, bu barədə \"Reuters\" agentliyi London şəhərinin hesabatına istinadən məlumat yayıb.

Bildirilib ki, 2022-ci ildə investisiya axınının rekord həddə çataraq - 2 milyard funt sterlinq təşkil edib. Ötən il iqtisadi şərtlərin pisləşməsi fonunda investisiya axını iki dəfə azalıb. ABŞ əsas investisiya mənbəyi olub. O, 1 milyard funt sterlinq ümumi məbləğin 40 %-dən çoxunu təmin edib.

Məlumata görə, bütün investisiya layihələrinin üçdə biri - 227 milyon funt sterlinq aktiv idarəçilərin payına düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla