AZ

"Qarabağ" üzərindəki zəfərə kölgə salanların PUÇ İRADI

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

"Sumqayıt"ın işi çox çətindir.

Komanda avrokuboklara getmək üçün böyük əziyyətə qatlaşmalıdır.

Həm meydanda, həm də ondan kənarda.

"Kimyaçılar"ın 32 turdan sonra aktivində 50 xalı var.

"Qarabağ" üzərində son qələbə komandanı Avropa arenasına bir addım da yaxınlaşdırdı.

Halbuki mövsümün əvvəli klub qarşısında belə bir hədəf yox idi.

Yayda sökülüb yenidən yığılan heyətlə nə Avropa?

Hələ-hələ belə kasad ehtiyat skamiyan varsa, ən yaxşı halda ortabab statusu daşıya bilərsən.

Lakin sumqayıtlı futbolçular arxada qalan 32 turda əsl qəhrəmanlıq göstəriblər.

Bəzən zədələr, bəzən cəzalılar hətta normal "11-lik" düzəltməyə yetərli deyildi.

Məsələn, "Qarabağ"la son oyunda vərəqə limitini dolduran Mehdi Cənnətovu əvəzləmək üçün məşqçilər korprusu 19 yaşlı Xəyal Fərzullayevə möhtac qalmışdı. Özünü yaxşı tərəfdən göstərən gənc futbolçunun 9500 tərəfdar önündə "Qarabağ" kimi rəqiblə oyunda debüt etməsinin nə qədər riskli olması barədə danışmaq yersizdir.

Bütün çətinliklərə rəğmən, əvvəlki oyunlarda olduğu kimi, bu dəfə də "Gənclik şəhəri"nin futbolçuları meydanda əsl mübarizə ruhu qoydular.

Təbii ki, üstün tərəf "Qarabağ" idi. Ərazi üstünlüyü, real qol imkanları onlarda oldu. Amma güclü rəqibinin təziqinə 99 dəqiqə duruş gətirən "Sumqayıt" hətta 70-ci dəqiqədə qurduğu "Qarabağ" sayağı hücum sonrası qol vuraraq aktivinə 3 xal yazdıra bildi.

Təəssüflər olsun ki, qara qüvvələr yenə futbolçuların meydandakı mübarizə əzmini, axıtdığı təri görməzdən gələrək, "Sumqayıt"ın qələbəsini 92-ci dəqiqədə baş verən bir hadisənin kölgəsində saxlamağa çalışdı.

Söhbət baş hakim Rauf Cabbarovun bir neçə dəqiqə VAR-da baxıb, penal olmamasına qərar verdiyi epizoddan gedir.

Əslində Cabbarovu buna görə qınamaq lazımdır ki, ay illərin baş hakimi, sadə bir epizoda görə niyə uzun müddət VAR monitoru qarşısında var-gəl edirsən?

Axı asanlıqla görünür ki, orada penaldan söhbət belə gedə bilməz.

Siz belə edəndə, həmin qara qüvvələr də meydanda "Sumqayıt"ın qapısına yenə penal verilmədi" - deyə car çəkəcəklər də.

Görünən odur ki, bir qrup adam (sayları az da deyil) pusquda durub, "Sumqayıt"ın hər uğurlu nəticəsinə kölgə salmaq məqsədi güdür. Bu dəfə irad puç çıxdı.

"Sumqayıt"ın işi ona görə ağırdı ki, həm də həmin kütləyə qarşı səbr nümayiş etdirməlidir. Hələ ki, pis bacarmırlar. Bu mübarizədə son 4 matç...

XANOĞLAN İMANOV

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla