AZ

Dünyanın dialoqa ehtiyacı var

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır

Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Multikulturalizmi həyat tərzinə, həm də siyasətinin mühüm elementinə  çevirən Azərbaycanın bugünkü sürətli inkişafı  məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan dünya miqyasında mədəniyyət və dinlərarası münasibətlərin qurulmasında və dialoq üçün imkanların yaradılmasında  önəmli rol oynayır. Hətta 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə  müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün “Bakı Prosesi” adlı  platforma  da təşkil olunub.

“Bakı Prosesi” çərçivəsində indiyədək beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınan paytaxtımız bir sıra tədbirlərə - Bakı Beynəlxalq Humanitar Forumuna,  Dünya Dini Liderlərinin Sammitinə, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumuna, o cümlədən mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platforma olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna  ev sahibliyi edib. Bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür. 2011-ci ildən indiyədək ölkəmizdə beş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunub. Amma qlobal pandemiya ilə əlaqədar bu Forumun işində fasilə yaranmışdı. Qeyd edək ki, bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

Bu gün “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: Əməkdaşlıq və qarşılıqlı əlaqələr” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Heydər Əliyev Fondunun dəstəyi və ənənəvi olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC), UNESCO-nun, İSESCO-nun və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutan tədbirdə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonağın, o cümlədən 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri  iştirak edirlər. Yeri gəlmişkən qeyd edək ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda qonaqların sayı 500 nəfərdən çox olmuşdu. Bu göstərici isə ötən müddət ərzində Forumun coğrafiyasının genişlənməsindən xəbər verir. Bu fakt həm də hazırda dünya miqyasında mədəniyyətlərarası ünsiyyətin, dialoqun  aktuallaşmasının göstəricisidir. Elə  Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində bu məqamlardan söz açaraq demişdir ki, dialoqa ehtiyacımız var: “Mədəniyyət və dinlərarası münasibətlər, siyasi gündəlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərində dialoq zəruridir”.

Bu mənada əminliklə demək olar ki, mayın 3-dək davam edəcək VI Forum çərçivəsində dünyada baş alıb gedən haqsızlıqlara, ayrı-seçkiliyə, ksenofobiyanın və ekstremizmin bütün formalarına qarşı açıq-aydın mesaj göndəriləcək, tərəfdaşlıq, həmrəylik və əməkdaşlıq gücləndiriləcək, nəticədə mədəniyyətlər arasında növbəti körpü yaradılacaq.

Yeri gəlmişkən qeyd edək ki, üç gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri də gözlənilir. Bu çərçivədə Ağdam və Şuşada iki xüsusi panel sessiyanın da keçirilməsi nəzərdə tutulur. Bununla tədbir iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə  erməni vandalizminin vəhşiliklərini görməklə yanaşı, aparılan yenidənqurmanın şahidi ola biləcəklər. Bu, şübhəsiz, Çənubi Qafqazda sülhün bərqərar olması məqsədilə bütün imkanlarından yararlanan və bu istiqamətdə yorulmadan çalışan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında önəmli rol oynayacaq. Başqa sözlə desək, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu  Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platformaya da çevriləcək. Bir sözlə, Forumun nəticələri çox müsbət olacaq və bu mötəbər tədbir mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
124
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
412
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
388
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
308
Azərbaycanda bu məhsul bahalaşdı
286
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
273
Helikopter qəzası ilə bağlı yeni xəbər
262
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
259
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
257
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
256
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
227
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
219
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
218
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
212
Həlak olan şəxslər sabah dəfn olunacaq
186
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
185
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
178
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
162
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
157
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
152
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
135