AZ

ABŞ-nin sanksiyalar üzrə koordinatoru gürcüstanlı deputatlarla danışıb

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O’Brayen Gürcüstan parlamentinin üzvləri ilə vacib söhbət apardığını bəyan edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, O’Brayen bu barədə “X” platformasındakı paylaşımında qeyd edib.

“Gürcüstanlı deputatlarla bizim ikitərəfli münasibətlərimiz, Kremldən ilhamlanılmış “xarici təsir” qanun layihəsi ilə bağlı güclü narahatlıqlarımız və bunun Gürcüstanın Avropa istəkləri üzərində mənfi təsiri də daxil olmaqla vacib söhbət apardım”, - O’Brayen qeyd edib.

Seçilən
124
Mənbələr
Şərh ()
Bağla