AZ

Rusiya Odessanı atəşə tutub, ölənlər var

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini raket atəşinə tutması nəticəsində üç nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərə ballistik raketlərlə hücum edib.

“Hücum nəticəsində üç nəfər ölüb, daha üç nəfər yaralanıb. Yaralılara bütün lazımi tibbi yardım göstərilir. Mülki infrastruktura ziyan dəyib”, – o qeyd edib.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin 1 milyona yaxın əhalisi olan Odessa şəhərinə sonuncu hücumu aprelin 29-da gerçəkləşdirilib. Həmin hücum nəticəsində 5 nəfər ölmüş, 23 nəfər yaralanmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
25
Mənbələr
Şərh ()
Bağla