AZ

Gürcüstanın əsas müxalifət partiyasının lideri saxlanıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Levan Xabeişvili Tbilisidə xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqdə saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstanın “Formula” televiziya kanalı məlumat yayıb.

“Milli Hərəkatın sədri Levan Xabeişvili Tbilisidə keçirilən mitinqdə saxlanılıb”, - deyə "Formula" TV öz saytında siyasətçinin görünən xəsarətlərlə şəklini dərc edib.

Məlumata görə, Xabeişvilinin üzündə qan izləri var və bir gözü nəzərəçarpacaq dərəcədə şişmiş görünür ki, bu da həbs zamanı güc tətbiqinin mümkünlüyünü göstərir.

Həbsdən sonra Levan Xabeişvili tibb müəssisəsinə aparılıb. Gürcüstan paytaxtında etirazlar davam edərkən, hüquq-mühafizə orqanlarının xüsusi vasitələrdən istifadə etməsi səbəbindən vəziyyət gərginləşir. Ölkə prezidenti Salome Zurabişvili polisin zorakı hərəkətlərinə son qoymağa çağırıb və etirazın dinc xarakter daşıdığını vurğulayıb.(publika.az)

Seçilən
141
2
Mənbələr
Şərh ()
Bağla