AZ

AFFA-nın yeni prezidenti Elxan Məmmədovun yolu ilə gedəcək?

Çoxları əhəmiyyət verməsə də, AFFA-nın son Hesabat-Seçki Konfransında ölkə futboluna əlvida çıxışı eləyən Elxan Məmmədov sətiraltı mesajlarla yeni rəhbərliyin ünvanına da bir neçə söz atdı.

Əslində, dediklərinin heç də hamısı yerinə düşmədi.

Məsələn, Rövnəq Abdullayevin 16 il əvvəl AFFA-ya prezident seçiləndə və bu postu tərk edəndə eyni qalstukda olmasını qabardan Elxan Məmmədov çox uğursuz ehyam vurdu.

Birincisi, Rövnəq Abdullayevin 16 il eyni qalstuku taxması inandırıcı deyil. Kasıb adam belə, gündəlik geyimi 16 il istifadə etmir, o ki qaldı oliqarx Rövnəq Abdullayev.

İkincisi, sabiq baş katib Rövnəq Abdullayevdən vəzifəyə bir pencəklə gəlib, eyni pencəklə vəzifəni tərk eləyən məmur obrazı yaratmaq istəyirdisə, bu da çox gülüncdür.

Lakin Elxan Məmmədovun ismarıclarında həqiqət də var idi. O, çıxışında Rövnəq Abdullayevin AFFA-ya "Neftçi"ni ölkə çempionu və MDB kubokunun qalibi edən klub prezidenti kimi gəldiyini vurğuladı. Məmmədov ardını gətirməsə də, hamı onun Rövnəq Abdullayevin yerinə gələn Rövşən Nəcəfin heç bir uğuru olmadan bu vəzifəyə təyin edilməsinə eyham vurduğunu anladı.

Ya vəlvələdən, ya zəlzələdən Rövşən Nəcəf artıq AFFA prezidentidir. Gözləntilər böyük olmasa da, ictimaiyyət dəyişikliklərə ümid edir. Yaxşı olacağını düşününlər də var, pisinə köklənənlər də. Rövşən Nəcəfin təyinatına skeptik yanaşan qisim onun da əvvəlkilərə xas təfəkkür sahibi olmasını qabardır. Yəni, Nəcəf də yerli kadrlara yuxarıdan-aşağı baxır, o da əvvəlki rəhbərlik kimi əsas vəzifələrə dost-tanışlarını təyin edir. Rövnəq Abdullayevin atmacasına cavab olaraq, özünü kral hesab etmədiyini deyir. Lakin ona uyğun davranış sərgiləyir. Yerli mütəxəssislərə rəiyyət gözüylə baxır...

AFFA-da ciddi dəyişikliklər gözlənilir. Elxan Məmmədovun kadrlarını federasiyadan uzaqlaşdırmağa hazırlaşırlar. Amma sevinməyə tələsməyin! Məqsəd islahat aparmaq deyil.

Demişdik axı, Rövşən Nəcəfin dəstəsi də əvvəlkilər ağıldadır. Bunlar da AFFA-nın pulunu əcnəbilərə yedirtməkdə maraqlıdılar.

Yeni axın planlaşdırılır. AFFA-nı yeni əcnəbilər və yeni rəhbərliyin dost-tanışları dolduracaq. Rövnəq Abdullayev demişkən, "kral öldü, yaşasın yeni kral"!(sportal.az)

Həmid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
22825
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12517
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
7973
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5527
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5419
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3927
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3540
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3417
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3231
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3030
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2932
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2696
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2509
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2413
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2139
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2046