AZ

"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

ABŞ ordusunun istefada olan polkovniki və amerikalı diplomat Enn Rayt Qəzza zolağında fələstinlilərə qarşı soyqırım törədən İsrailə hərbi dəstək verən Co Bayden administrasiyasını şiddətlə qınayıb.

Moderator.az-ın "Anadolu" agentliyinin ingilis versiyasına istinadla verdiyi xəbrədə deyilir ki, Rayt bu yaxınlarda Türkiyədə Fələstinə dəstək aksiyasının iştirakçılarından biri olub.

“Bu, mümkün qədər çox fələstinlinin və Qəzza zolağında mümkün qədər çox infrastrukturun məhv edilməsinə yönəlmiş hədəflənmiş bir qırğındır. Bu soyqırımıdır”, - deyə keçmiş hərbi qulluqçu bildirib.

Sabiq diplomat-polkovnik Fələstin anklavının 33 mindən çox sakinini qətlə yetirən İsraili dəstəkləməkdə mühüm rol oynayan öz ölkəsinə görə utandığını etiraf edib.
 
S.Laçın
Seçilən
71
50
Mənbələr
Şərh ()
Bağla