AZ

Çempionlar Liqası: bu gün yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşlərinə yekun vurulacaq. SİA xəbər verir ki, bu gün Almaniyanın "Borussiya" (Dortmund) komandası doğma meydanda Fransa təmsilçisi PSJ-ni sınağa çəkəcək.

Hər iki kollektiv 1/4 finalda İspaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb. Dortmund klubu "Atletiko"dan (Madrid), fransızlar isə "Barselona"dan güclü olub.

"Siqnal İduna Park"da keçiriləcək "Borussiya" - PSJ matçı saat 23:00 başlayacaq.

UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyun
1 may

23:00. “Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Dortmund, “Siqnal İduna Park” stadionu.

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk matçında "Real" (Madrid) səfərdə "Bavariya" ilə heç-heçə edib - 2:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla