AZ

Türkiyədə antiterror əməliyyatı - 41 şübhəli saxlanıldı

Türkiyənin Daxili İşlər Nazirliyinin 12 əyalətdə keçirdiyi “Bozdoğan-34” antiterror əməliyyatı nəticəsində 41 şübhəli saxlanılıb.

Bakıvaxtı.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.

Nazirin yaydığı məlumata görə, Bolu, Eskişehir, İstanbul, Kırıkkale, Kilis, Kocaeli, Nevşehir, Sakarya, Gaziantep, Şanlıurfa, Düzce və Manisada İŞİD terror qruplaşmasına qarşı antiterror əməliyyatı keçirilib.

Əli Yerlikaya əməliyyat zamanı sənədsiz tapançalar, çoxlu sayda rəqəmsal material, külli miqdarda xarici valyuta və türk lirəsinin ələ keçirildiyini deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
4
Mənbələr
Şərh ()
Bağla