AZ

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə dair məsələlər müzakirə edilib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ankara şəhərində səfərdədir.
 

AzEdu.az xəbər verir ki, aprelin 29-da nümayəndə heyəti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Erkan Kayalar, Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüş keçirib.



Görüşlər zamanı Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təhsil sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb. 


 

Aprelin 30-da nümayəndə heyəti Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Görüşdə Türkiyə–Azərbaycan Universitetinin (TAU)   fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla