AZ

Dostluğa, qarşılıqlı hörmətə və etimada sadiq...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoldsun dəvətilə "15-ci Petersberg İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya səfəri olduqca məhsuldar keçib. Ölkə başçımız tədbirdəki çıxışı ilə Qərb siyasətçilərinə, xüsusən Avropadakı Azərbaycana qarşı qərəzli, düşmən mövqeyi ilə seçilən "siyasətçilərə" əsl siyasət dərsi keçdi. Prezidentimiz böyük siyasətçi və dövlət başçısının liderlik xüsusiyyətlərini Avropa diplomatlarına sübut etdi.

Dünyanın BMT-dən sonra ikinci ən böyük siyasi təşkilatı olan Qoşulmama Hərəkatına üzv dövlətləri 28 il əvvəl müstəqillik əldə etmiş gənc bir dövlət olanAzərbaycanın bu quruma sədrlik etməsinə yekdilliklə səs verdilər. Bu Prezident İlham Əliyevə olan yüksək inam və onun siyasi bacarığına verilən yüksək qiymət idi. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı beynəlxalq arenada nüfuzunu artırdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dünyada koronavirusun tüğyan etdiyi dövrə təsadüf etdi. Bu dövrdə dünyanın bir çox böyük dövlətləri zəif və yoxsul ölkələrə nəinki kömək etmədi, hətta vaksin millətçiliyi ilə məşğul oldular. Azərbaycan isə 80-dən çox dövlətə humanitar, maddi və texniki yardımlar etdi. Bu Prezident İlham Əliyevin öz ölkəsinin vətəndaşları ilə yanaşı, digər dövlətlərin vətəndaşlarının sağlamlıqlarına biganə qalmamasının və insanpərvərliyinin ən bariz nümunəsidir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol barədə də fikirlər söylədi. Ölkəmiz Avropa İttifaqına üzv 9 dövlətlə strateji tərəfdaşlıq haqqında saziş və Bəyannamə imzalamışdır. Avropanın bir çox dövlətləri Azərbaycanı etibarlı tərəfdaş ölkə hesab edirlər. Son illər Avropada yaranmış gərgin geosiyasi vəziyyətlə əlaqədar ölkələrin enerji təhlükəsizliyinə böyük problemlər yaranmışdır. Müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Bu səbəblərdən Avropa İttifaqı rəhbərliyinin Avropa dövlətlərinin enerjiyə olan ehtiyaclarını ödəmək üçün Azərbaycana etdiyi müraciət Prezident İlham Əliyev tərəfindən müsbət qarşılandı. 2022-ci ilin iyulunda Avropa İttifaqı Komissarlığı ilə Azərbaycan dövləti arasında Avropaya təbii qazın nəql edilməsi üzrə Anlaşma Memorandumu imzalandı. Artıq hər il Azərbaycandan Cənub Qaz Dəhlizi vasitəsilə Avropa dövlətlərinə 12 milyard kub metr təbii qaz ixrac edilir. İmzalanmış Memoranduma əsasən 2027-ci ilə qədər qaz ixracının 20 milyard kub metrə çatdırılması nəzərdə tutulub. Hər il Azərbaycandan qaz almaq istəyən Avropa dövlətlərinin sayı artmaqdadır.Bununla da Azərbaycan hər zaman dostluğa, qarşılıqlı hörmətə və etimada sadiq bir dövlət olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın yaşıl enerji istehsalı sahəsində də öncül dövlətlərdən olduğunu və bu sahədə böyük layihələrə imza atdığını vurğuladı. Azərbaycan neft və qazla zəngin təbii ehtiyatlara malik bir dövlət olmasına baxmayaraq Yer kürəsində iqlim dəyişikliyinə qarşı, dünyada yaşıl enerjiyə keçidlə bağlı bir sıra böyük layihələr icra edib və bu işlər ardıcıl davam etdirilir. Ölkə başçımız tərəfindən Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası elan edilib. Bakı və ətraf ərazilərdə günəş və küləklə işləyən elektrik stansiyaları inşa edilib və bu işlər regionlarımızı da əhatə edəcək. 2030-cu ilə qədər Azərbaycan elektrik enerjisinə olan tələbatının 30%-ni bərpa olunan enerji ilə təmin etməyi planlaşdırır. Bununla yanaşı yaxın illərdə ölkəmizdə istehsal olunacaq yaşıl enerji də Avropa dövlətlərinə ixrac ediləcək. Yaşıl enerji istehsalı təbii qaza qənaət edilmiş olacaq ki, bu da 5 milyard kub metrə bərabər olacaq. Yaşıl enerjinin artırılması ümdə məsələ olmasına baxmayaraq dünyada təbii qaza tələbat uzun illər mövcud olacaq.Azərbaycanda təbii qaz yataqlarında kifayət qədər qaz resursları mövcuddur və qaz hasilatını artırmaq imkanlarımız çox böyükdür.

Prezident İlham Əliyevin çıxışından sonra Qərb bir daha anladı ki, Azərbaycan tək region üçün deyil, dünya üçün çox əhəmiyyətli, güclü, qüdrətli və etibarlı bir dövlətdir. yap.az

Seçilən
29
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
281
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
250
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
222
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
214
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
212
Azərbaycanda bu məhsul bahalaşdı
204
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
199
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
175
Helikopter qəzası ilə bağlı yeni xəbər
164
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
157
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
156
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
150
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
146
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
144
Həlak olan şəxslər sabah dəfn olunacaq
144
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
139
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar artıq rəng şkalası ilə təqdim olunur
115
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
112
Azərbaycanda yeni ixtisaslarla bağlı meyarlar MÜƏYYƏNLƏŞDİ
111
Azərbaycan Kuboku: Bu gün 2-ci təsnifat mərhələsinə start veriləcək
108