AZ

BMT rəsmisi: Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

BMT Baş katibinin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos Azərbaycan və Ermənistan arasında aprelin 19-da dövlət sərhədlərinin delimitasiyası ilə bağlı razılaşmanı yüksək qiymətləndirdiyini bildirib.

Publika.az xəbər verir ki, o, bunu mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edərkən deyib.

M.A.Moratinos belə bir addıma görə hər iki dövlətin liderini, xüsusilə də Prezident İlham Əliyevi alqışladığını vurğulayıb.

BMT rəsmisi Yaxın Şərqdəki vəziyyətdən də söz açıb:

"Bu gün Yaxın Şərqdəki müharibəyə son qoymaq bizim üçün təxirəsalınmaz məsələdir. Ümid edirəm ki, bugünkü danışıqlardan sonra Qəzzadakı müharibə bitəcək və İsraildən olan girovlar da geri qaytarılacaq”.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla