- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Keçən ildən fərqli olaraq, 2024/2025-ci tədris ili üçün Musiqi sənəti istiqamətinin bakalavriat səviyyəsinə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər öncə ixtisas imtahanlarında iştirak edəcəklər.
KONKRET.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə ixtisas imtahanından müsbət qiymət alan abituriyentlər nəzəriyyə fənləri üzrə test imtahanında iştirak etmək hüququ qazanacaqlar.
Qeyd edirik ki, orta ixtisas təhsili müəssisələrinin musiqi sənəti istiqaməti üzrə keçiriləcək qabiliyyət imtahanlarında abituriyentlər yalnız ixtisas imtahanı verirlər.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.