AZ

Onlar da 300 bal toplayanlar arasındadır – FOTO

Dünən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

NOCOMMENT.az xəbər verir ki, modern.az-ın məlumatına görə, imtahan iştirakçıları arasında 4 nəfər (siyahı) maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Onlardan biri Həsənli Aydın Çingiz oğludur. Abşeron rayon Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi 300 bal toplayıb.

300 bal toplayan digər şagird Sumqayıt məktəblisidir. Belə ki, Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin IX sinif şagirdi Əmiraslanov Tuncay Natiq oğlu 300 bal toplayıb.

1343409

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
Mənbələr
Şərh ()
Bağla