AZ

Gürcüstanın mədəniyyət və idman naziri: Azərbaycanla şərəf hissi ilə əməkdaşlıq edirik

Gürcüstanın

Bakı, 1 may, AZƏRTAC

Azərbaycanla dostluğumuzu, tərəfdaşlığımızı, dəstəyimizi yüksək dəyərləndiririk. Bunu hər beynəlxalq tədbirdə bildiririk. Həmçinin Azərbaycanla şərəf hissi ilə əməkdaşlıq edirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın mədəniyyət, idman və gənclər naziri xanım Tea Tsulukiani “Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən nazirlərin 5-ci görüşündə deyib.

T.Tsulukiani Gürcüstanın öz zəngin xristian mədəniyyəti ilə seçilən ölkə olduğunu vurğulayıb: “Hər bir ölkəyə öz dəyər və mədəniyyətini nümayiş etdirmək imkanı verilib. Burada qanunun aliliyi və universal dəyərlər vacibdir. Biz inklüziv Avropa cəmiyyətinin bir hissəsi olmaq istəyirik. Mədəni müxtəliflik sahəsində Gürcüstanda sənədlər hazırlanıb və qəbul edilib. Bu sənədlər mədəni müxtəliflik üçün müvafiq mühit yaradılmasına fayda verəcək".

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla