AZ

Oblakın yerinə gürcü namizəd

"Atletiko" mövsümün sonunda qapıçısı Yan Oblakla yollarını ayıra bilər.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi sloveniyalı qolkiper üçün gələcək təklifləri dəyərləndirəcək. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

"Atletiko"da Oblakın satılacağı halda, onun əvəzinə "Valensiya"dan Giorgi Mamardaşvili transfer edilməyə çalışacaq. Klubun baş məşqçisi Dieqo Simeone gürcü qolkiperin heyətə cəlb olunmasını istəyib.

Mamardaşvilinin transfer dəyəri 25 milyon avrodur. 23 yaşlı qapıçı bu mövsüm "Valensiya" ilə 33 oyunda 35 qol buraxıb, 12 matçda isə "çərçivə"ni toxunulmaz saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla