AZ

Moskvaya bu tarixdə qar yağacaq - XƏBƏRDARLIQ

Moskvada qar yağacağı barədə xəbərdarlıq edilib.

Phobos meteoroloji mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, bazar ertəsi, mayın 6-da paytaxt regionunda qar yağacağı, yollarda buz bağlayacağı ehtimalı var.

 

Oxu24.com  xəbər  verir   ki,bu barədə RİA Novosti məlumat yayıb.

 

O əlavə edib ki, gecə saatlarında havanın temperaturu 0-dan aşağı düşəcək, gündüz isə  +7...+9° isti olacaq.

Sinoptikin sözlərinə görə, çərşənbə axşamı da sərin keçəcək, az yağıntılı olacağı ehtimalı var.

Havanın temperaturu +5...+10°-dək yüksələcək.

Bundan əvvəl Moskva Meteorologiya Bürosunun baş mütəxəssisi Tatyana Pozdnyakova bildirib ki, mayın 4-nə keçən gecə Moskvanın  bəzi yerlərində şaxta olacaq.

Sinoptikin fikrincə, sözügedən gecə “ən soyuq” olacaq. Paytaxtın özündə +3...+5 dərəcə, Moskva vilayətində isə sıfır dərəcəyə qədər isti gözlənilir.

 

Nigar


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2440
2
Mənbələr
Şərh ()
Bağla