AZ

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır"

"Fəxr hissi ilə deyə bilərik ki, bu yarış işğaldan azad olunmuş ərazidə baş tutur".

Futbolpress.az xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bu gün Suqovuşanda start götürən "Prezident Kuboku-2024" turniri ilə bağlı danışarkən deyib.

Nazirlik rəsmisi hər il bu turnirə marağın artdığını bildirib:

"Prezident Kuboku” beynəlxalq turniri ildən-ilə daha maraqlı və uğurlu alınır. Burada 21 ölkədən 30-a yaxın komandanın iştirakı rekord göstəricidir. Fəxr hissi ilə deyə bilərik ki, bu yarış işğaldan azad olunmuş ərazidə baş tutur. Buna Prezident İlham Əliyevin, eləcə də şəhidlərimizin və qazilərimizin sayəsində nail olmuşuq. Son Olimpiya Oyunlarında avarçəkmə üzrə lisenziyamız yox idi. Lakin bu il Parisda Azərbaycan da təmsil olunacaq. Buna görə çox xoşbəxtik. Bu, federasiyanın və məşqçilərin əməyi nəticəsində əldə edilib".

“Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla