AZ

Rusiya iki kəndi ələ keçirdi, 3-cüyə hücum etdi

Rusiya ordusu Donetsk vilayətinin Oçeretino şəhərinin şimalındakı Arxangelskoye kəndi istiqamətində hücuma keçib.

Axar.az xəbər verir ki, bu barədə “Bild”in hərbi analitiki Culian Röpke məlumat verib.

Onun sözlərinə görə, hücum iki tərəfdən gedir: Oçeretino və Keramik. Jurnalistin sözlərinə görə, hər iki kənd tamamilə Rusiya Federasiyasının işğalı altındadır.

Ukrayna mediası da Keramik və Novokalinovo kəndlərinin ələ keçirildiyini təsdiqləyir.

Analitiklərin fikrincə, ruslar Novoaleksandrovka və Urojaynoye qəsəbələri yaxınlığında irəliləyiblər.

Seçilən
83
2
Mənbələr
Şərh ()
Bağla