AZ

İmişlidən acı xəbər gəldi: Yaralılar var

İmişli şəhərində xəsarətlə nəticələnən yol qəzası​ baş verib.

“VAZ 2103” markalı minik avtomobili və “VAZ 2109” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlar 1964-ci il təvəllüdlü Həmzəyev Cavid Ağamalı oğlu, 1983-cü il təvəllüdlü Cabarlı Rəşad İlham oğlu, 1981-ci il təvəllüdlü Musayeva Ruhəngiz Xəlil qızı, 2018-ci il təvəllüdlü Musayev İsmayıl Niyamədin oğlu və 1985-ci il təvəllüdlü Hüseynov Elçin Ağaxan oğludur.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
6
Mənbələr
Şərh ()
Bağla