AZ

SON DƏQİQƏ:Faiq Mirişli vəfat etdi - Foto

Naxçıvan Dövlət Universitetinin (NDU) Fizika və energetika kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü Faiq Əqil oğlu Mirişli 85 yaşında vəfat edib.

Herbiand.az xəbər verir ki, NDU-da işlədiyi illər ərzində Faiq Mirişli Elektroradiotexnika və materialşünaslıq kafedrasının müdiri, 1992-1997-ci illərdə universitetin tədris işləri üzrə prorektoru, 1997-2007-ci illərdə fizika kafedrasının müdiri vəzifəsində çalışıb.

Onun bərk cisimlər fizikasının seqnetoelektriklər sahəsində apardığı elmi-tədqiqat işləri xarici elmi mətbuatlarda çap edilib və bir neçə məqalələrin nəticələrindən elmi ədəbiyyatlarda istifadə olunub.



Seçilən
129
4
Mənbələr
Şərh ()
Bağla