AZ

Zelenski onu da vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski daha bir yüksəkvəzifəli şəxsi tutduğu vəzifədən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.

Bildirilib ki, Zelenski Təhlükəsizlik Xidmətinin kibertəhlükəsizlik departamentinin rəhbəri İlya Vityuku vəzifəsindən azad etməklə bağlı fərman imzalayıb.

O, ötən il premium yaşayış kompleksində mənzil aldığına görə korrupsiyada ittiham edilib. Çünki iddia olunur ki, onun rəsmi maaşı belə mənzil üçün kifayət etmir.

Seçilən
156
3
Mənbələr
Şərh ()
Bağla