AZ

Ukraynada rus dilini öyrədən cəmi üç məktəb qalıb

Ukraynada

Bakı, 2 may, AZƏRTAC

Ukraynada yalnız üç məktəbdə rus dili ayrıca fənn kimi tədris olunur.

AZƏRTAC xəbər verir ki, bu statistikanı Ukraynanın Dil üzrə Müvəkkili Taras Kremin rəsmi saytında dərc edib.

“2022-ci ildə əvvəlki illə müqayisədə ümumi təhsil müəssisələrində rus dilini öyrənən şagirdlərin sayı 100 dəfədən çox azalaraq 2021-ci ilin sentyabrında 454,8 min nəfərdən 2022-ci il sentyabrın 1-nə təxminən 4 min nəfərə düşüb. 2023/2024-cü illərdə, rus dilini ayrıca fənn kimi öyrənən məktəblilərin sayı daha 5 dəfə azalaraq min min nəfərdən az olub”, - hesabatda deyilir.

Verilən statistik məlumatlara görə, rus dilinin tədris olunduğu məktəblərin sayı 3, siniflərin sayı 45, şagirdlərin ümumi sayı 768 nəfərdir.

Seçilən
77
3
Mənbələr
Şərh ()
Bağla