AZ

Ukraynadan çağırış: "Azərbaycan İsveçrəyə gəlsin və..."

Ukrayna Azərbaycanı qarşıdan gələn, İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitində iştiraka dəvət edib. Kiyev həmçinin Bakını sülh formuluna qoşulmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk feysbuk hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakının Ukraynanın bərpasına dair beynəlxalq konfransda fəal iştirak edəcəyini təsdiqləyib. Konfrans iyunda Berlində baş tutacaq.

“Ukrayna adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak etməyə və məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizləmə məsələlərində prezident Zelenskinin Ukrayna sülh düsturunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim”.

Seçilən
152
Mənbələr
Şərh ()
Bağla